Yerin ilk rəngi onun yaranmasından təxminən 380.000 il sonra əmələ gələn isti, şaftalı-narıncı rəngdir. Bu rəng yerin temperaturu 2727 dərəcə selsiyə düşdüyü zaman ortaya çıxıb.
Bu gün kainatın orta temperaturu -270 dərəcədir. Bu, ibtidai temperaturdan böyük bir azalmanı simvollaşdırır. İlk dövrlərdə Yer qara cisim kimi öz temperaturundan asılı olaraq rənglər buraxıb. Əgər o dövrdə insanlar bu rəngi müşahidə edə bilsəydilər, o, isti, narıncı tonqal kimi görünərdi. Bu parlaq narıncı rəng kainatın ilk ulduzlarının doğulması və kosmosun indiki şəklini alması ilə 100 milyon yaşına qədər yavaş-yavaş solğunlaşıb və qaralmağa başlayıb.
Mənbə: Buzzfeed
Tərcümə etdi: Mina Yadigarlı
