Bu gün:

Pişiklər yatarkən niyə üzlərini örtürlər ?


Pişiklər yatmağı çox sevirlər. Onlar həyatlarının demək olar ki, üçdə ikisini yuxuda keçirirlər. Bir çox mütəxəssislər pişiklərin günəş işığının qarşısını almaq üçün gözlərini bağladığına inanırlar. 

Pişiklər adətən yatmaq üçün günəşli yerlər axtarırlar, lakin parıltı onların həssas gözlərini qıcıqlandıra və yuxuya getmələrinə mane ola bilər. Onlar üzlərini örtməklə, özləri üçün qaranlıq bir mühit yaradır və yuxuya getməyi asanlaşdırırlar.

Pişiklər sıx qıvrılaraq bədən istiliyini saxlamağa çalışa bilər. Mütəxəssis Stiven Quandt dünyaya izah edib: "Topa bükülmək, quyruğu bağlamaq və üzünü örtmək bədən istiliyini qorumağa kömək edir".

Canidae pet qidası brendi izah edir ki, pişiklər təhlükəsizlik üçün yatarkən tez-tez üzlərini örtürlər. Onlar üzlərinin həssas olduğunu bilirlər, ona görə də özlərini təhlükəsiz hiss etmək üçün üzlərini örtürlər. Buna görə də, pişiklər üzlərini follikullara toxuna biləcək və həssas yüklənməyə səbəb ola biləcək şeylərdən qoruya bilər. Əgər üzlərini basdırmaq üçün yaxşı yer yoxdursa, onun yerinə pəncələrindən istifadə edə bilərlər. Ola bilsin ki, pişiklər bu şəkildə yatmağı xoşlayırlar.

Sonuncu və bəlkə də ən gülməli səbəb odur ki, pişiklər baxım zamanı bu vəziyyətdə yuxuya gedə bilər. 

Mənbə: Mental Floss

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et