Bu gün:

Necə hamımız daha keyfiyyətli yuxu ala bilərik?


Nikol Beyker, koronavirus pandemiyasının başlanğıcından bəri yuxusuzluqla mübarizə aparan çoxsaylı insanlardan biridir. 

"Hər gün axşam saat 9-da yuxuya gedə bilən bir insandan hər gecə saat 3-də oyaq olmağa keçdim" deyir. "Bu, tükəndirici və həqiqətən narahat idi, çünki gün ərzində diqqətimi cəmləmək üçün həqiqətən mübarizə aparırdım. Beynim həddindən artıq yüklənmişdi, daim çalışır və 24/7 həyat haqqında narahat olurdu, bu da gecələr yatmağımı qeyri-mümkün edirdi." 

Sauthempton Universitetinin keçən il apardığı araşdırmaya görə, İngiltərədə yuxusuzluqdan əziyyət çəkən insanların sayı pandemiyadan əvvəl hər altıda birdən, bu dövrdə dörddə birə yüksəlib .Yuxu problemlərinin artması gündəlik rejimlərdə və sosial həyatda məcburi dəyişikliklərlə də əlaqələndirilir.  

Bir çox şirkət pandemiyadan sonra dünya yavaş-yavaş normal vəziyyətə düşdükcə hibrid işləmə modelini qəbul etməyə hazırlaşır - onların işçilərinə vaxtın bir hissəsini evdən işləməyə davam etməyə imkan verir - xanım Fişer məsləhət görür ki, müəssisələr mütəmadi olaraq işçilərlə əlaqə saxlasınlar. O deyir ki, firmalar iş və ev həyatı ilə bağlı parametrlər təyin etməli və ofisdə işləməyən insanları müntəzəm iş rejiminə malik olmağa təşviq etməlidirlər. 

Mənbə: BBC news 

Hazırladı: Nigar Muştaqova

Paylaş
Şərh əlavə et