Bu gün:

Eynəklərin həyatımızdakı rolu



Eynəklər görmə qabiliyyətini asanlaşdıran vasitələrdir. Yüksək keyfiyyətli və aydın görmə müxtəlif göz xəstəliklərini müalicə etmək üçün istifadə olunan optik eynəklərlə əldə edilir. Görmə pozğunluqları bəzi hallarda bir insanı həyatları boyunca müşayiət edə biləcək problemlərdir. Beləliklə, düzgün eynəklər də insanın gündəlik fəaliyyəti zamanı ən vacib köməkçilərindən biri olacaqdır. 

Eynək istifadə edərkən diqqət yetirməli olduğunuz bir neçə vacib məqam var. Bu məqamlara lazımi diqqət yetirildikdə, eynək taxmaq daha rahat olacaq. Eynəklərin sizin işiniz və məktəbiniz üçün uyğun olaraq düzgün istifadəsi ilə görmə problemlərinin yaratdığı narahatlığı böyük ölçüdə aradan qaldırmaq olar. İstifadə edərkən diqqət yetirməli olduğunuz bu məqamlardan ən başlıcası, sizin üçün doğru və uyğun seçim etməyinizdir.

Görmə eynəklərinə gəldikdə, hamısının öz optik nömrəsi var. Buna görə, düzgün seçim çox vacibdir. Eynəklərin keyfiyyəti də olduqca vacib bir amildir. İstifadə olunan şüşə və hissələr nə qədər yaxşı və güclüdürsə, görmə keyfiyyətiniz və rahatlığınız bir o qədər yaxşıdır. Eynək seçərkən üzünüzün forması da vacib amildir. Çərçivənin incəliyi və qalınlığı eynəklərinizin estetikasını və funksiyasını dəyişə bilər. Eynək seçərkən diqqət yetirməli olduqlarınız:

1.Nömrəyə görə eynək seçimi

2.Üz ölçüsünə görə eynək seçmək

3.İstifadə olunan materialdan asılı olaraq eynək seçimi

4.Xüsusiyyətlərinizə və üz formasına görə eynək seçmək

Bu maddələri nəzərə alaraq, özünüz üçün ən uyğun və düzgün eynək seçimini edə bilərsiniz. Sizə ən uyğun olan eynək modelini müəyyən etmək üçün mütləq həkiminizlə məsləhətləşməlisiniz.

Eynək hansı hallarda istifadə edilə bilər?


Göz problemləri gündəlik həyatınıza mənfi təsir göstərə bilər. Belə bir vəziyyətdə eynək taxmaq lazım ola bilər. Görmə qabiliyyətinizdə bir şeyin səhv olduğunu düşünürsünüzsə, bir mütəxəssis həkimə müraciət edə bilərsiniz. Ehtiyacınız varsa,  həkiminiz görmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün eynək tövsiyə edə bilər. Əgər belədirsə, həkiminiz gözünüz üçün düzgün nömrələri olan bir eynək linzası tövsiyə edə bilər. Digər tərəfdən, hər hansı bir görmə problemi üçün eynəklərə ehtiyacınız olmaya bilər. Buna görə, hansı xəstəliklərin eynək tələb edə biləcəyini bilmək faydalıdır.

Astiqmatizm:

Kornea və ya göz lensinin düzgün olmayan əyrilik ölçüsü nəticəsində bulanıq görmə ilə nəticələnən bir vəziyyətdir. İşığa məruz qaldıqda işıq tək bir fokusa toplana bilmədiyi üçün, işığa həssas təbəqə olan retina düzgün fokuslana bilmir. Nəticə qeyri-səlis bir görüntüdür. Genetik faktorlara görə, bu problemlə qarşılaşa bilərsiniz. Ancaq ətraf mühit də faktorları astiqmatizm probleminizin ortaya çıxmasına  təsir edə bilər. Göz zədəsi kimi vəziyyətlərdə astiqmatizmlə də qarşılaşa bilərsiniz. Doktorunuz astiqmatizm probleminiz olduğunu təyin etdikdən sonra işığı gözünüzün bir yerinə yönəldəcək eynəklər tövsiyə edə bilər.

Miyopi:

Miyopiyada gözünüzə daxil olan şüalar retinaya deyil, onun qarşısında fokuslanır. Gözünüzün ölçüsü normaldan böyükdürsə, bu vəziyyətə səbəb ola bilər. Başqa bir səbəb göz lensinizin qalınlığıdır. Miyopi ən çox görülən göz xəstəliklərindən biridir. Ümumiyyətlə, erkən məktəb yaşında başlayan miyopi yetkinlik yaşına qədər artır. Miyopiyanın səbəb olduğu uzaqgörənlik problemlərinin qarşısını həkim tərəfindən tövsiyə olunan eynəklərlə almaq olar.

 Hipermetropiya:

Miyopun  əksi olaraq bilinir, hipermetropiya gözünüzün uzunluğunun normadan qısa olması və ya lensin qırılmasının normadan az olması nəticəsində, şüanın retinanın arxasına yönəldiyi bir qırılma qüsurudur. Yetkin insanlar inkişaf etdikləri simptomları çox tez tanıya bilər, gənc yaşda olan insanlar isə onları tanımaqda çətinlik çəkə bilərlər. Həkiminiz miyopiyanızı sizə uyğun nömrələrə yerləşdiriləcək linzalarla dəqiqləşdirə bilər.

Presbiyopiya:

Yaşdan asılı olaraq gözünüzdə yerləşən strukturların elastikliyində dəyişiklik ola bilər. Beləliklə, gözlərdə refraksiyada azalma ola bilər. Presbiyopiya adlanan bu vəziyyət, xüsusilə, 45 yaşdan yuxarı insanlarda yaxınlarını görə bilməmək şikayətləri ilə özünü göstərir. Presbiyopiya probleminiz varsa, həkiminiz sizin üçün uyğun eynəklərlə miyopiyanızı əvvəlki vəziyyətinə qaytara bilər.

Mənbə: Medicalpark

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et