Bu gün:

Qədim Roma qəbirsanlıqları Romanın planeti necə dəyişdirib?


Almaniyadakı Wederath-Belginum qəbirsanlığı nadir bir nümunədir. Tunc dövründən Roma İmperiyasına qədər izlənilib. Və qalıqların təhlili bizə insanların Romanın gəlişi ilə necə dəyişdiyini mühakimə etməyə imkan verir.

Ümumilikdə 1.689 dəfn tarixi və tədqiqi aparılıb, bunlar üç dövrdən birinə aid edilib: 364-ü laten dövrünə, 113-ü erkən Roma dövrünə və 1.212-si Roma İmperiyası dövrünə.

Nəticə - Roma dövründə insanların ömrü xeyli artıb. Qəbirlər yaşlılarla doludur, halbuki Romadan öncəki dövrlərdə yalnız bir neçəsi qocalığa qədər sağ qalırdı.

Romadan əvvəlki dövrə aid cəsədlərin hamısı zədələnmiş halda aşkar olunub. Yəni insanlar tez-tez döyüşürdülər, lakin Roma dövründən başlayaraq sükut hökm sürürdü.

Mənbə: Соцпортал

Tərcümə etdi: Səid Quliyev

Paylaş
Şərh əlavə et