Dünya Səhiyyə Təşkilatına görə diabet dünya üzrə təxminən 422 milyon insanın diaqnozunu alması ilə getdikcə artan bir sağlamlıq problemi halına gəlib. Daha çox insan qeyri-sağlam həyat tərzinin yaratdığı risklərə məruz qaldığından bu xəstəlikdən bədəni qorumaq da çətin ola bilir. Son araşdırmalar diabet riskini azaltmaq üçün yeməklərimizin zamanlamasının yediklərimiz qədər əhəmiyyətli ola biləcəyini irəli sürür. "Annals of Internal Medicine"də dərc olunan bir araşdırmaya görə bir növ aralıqlı oruc olan zaman məhdudiyyətli qidalanma ümumi metabolik sağlamlığı yaxşılaşdırarkən diabet riskini azaltmağa kömək edə bilər. Araşdırmaya əsasən xüsusilə tip 2 diabet riski daşıyan şəxslər yemək vərdişlərini bədənlərinin təbii sirkadiyen ritmlərinə uyğunlaşdıraraq xəstəliyin qarşısını ala bilərlər. Zaman məhdudiyyətli qidalanmanın arxasındakı fikir bütün yeməklərinizi müəyyən bir zaman aralığında adətən 8-10 saat ərzində yemək və sonra günün qalan hissəsini oruc tutmaqdır. Qan şəkəri səviyyələrimiz bu metoddan birbaşa təsirlənir.
Araşdırma fərdiləşdirilmiş 8-10 saatlıq yemək pəncərəsinə riayət edənlərin effektiv qan şəkəri nəzarətinin mühüm göstəricisi olan HbA1c səviyyələrində əhəmiyyətli yaxşılaşmalar yaşadığını tapdı. Araşdırma əlavə olaraq metabolizmanı idarə etməkdə sirkadiyen ritmlərin rolunu da vurğulayır. Bədənimiz hormon səviyyələrini, həzm prosesini və enerji istifadəsini tənzimləyən 24 saatlıq bir bioloji saatı izləyir.
Bədənin qidaları ən təsirli şəkildə işlədiyi günün saatlarında xüsusilə səhər saatlarında yemək yeyərək qan şəkəri tənzimlənməsini yaxşılaşdırarkən pankreas üzərindəki yükü azalda bilərik. Yemək proqramlarımızı həzm üçün ən yaxşı zamanlarla uyğunlaşdıraraq gecə saatlarında yeməkləri və ya qəlyanaltıları atlamaq uzunmüddətli metabolik nəticələri yaxşılaşdıra və diabet riskini azalda bilər.
Kilo vermə xüsusilə diabetlə sıx bağlı olan qarın yağının azaldılması olmaqla araşdırmada qeyd olunan digər mühüm üstünlükdür. TRE qrupunun üzvləri yalnız kilo verməklə qalmayıb, eyni zamanda uzunmüddətli sağlamlıq üçün kritik olan əzələ kütlələrini də qorudular. Visseral yağdakı və ya qarın orqanları ətrafındakı yağdakı azalma yaxşı bir şeydir, çünki tip 2 diabet və digər metabolik xəstəlik riskini azaldır. Bu yağ yandırma metodu yalnız ümumi bədən ağırlığını azaltmaqla qalmır, həm də tip 2 diabet və piylənmə ilə sıx bağlı olan bir vəziyyət olan insulin müqavimətini də hədəfləyir.
Mənbə:NTV Türkiyə
Tərcümə etdi:Fidan Fərmanlı
