
Tamamilə bitki əsaslı olan bu pəhriz sağlam ola bilər, lakin istənilən pəhrizdə balanslı qidalanmaya diqqət yetirmək vacibdir. Əgər veqan pəhrizinə riayət etmək istəyirsinizsə, B12 vitamini, dəmir, sink və kalsium kimi vacib maddələrin çatışmazlığına qarşı tədbirlər görməlisiniz. Bu maddələr kifayət qədər alınmadıqda, sağlamlıq problemlərinə səbəb ola bilər.
Məsələn, bir araşdırmada veqan şəxslərin yarıdan çoxunda B12 vitamini çatışmazlığı aşkar edilib. B12 vitamini yalnız heyvan mənşəli məhsullarda (ət və süd) təbii olaraq tapılır və sinir hüceyrələri, qan hüceyrələri və DNT yaradılmasında mühüm rol oynayır. Buna görə, veqan pəhrizi izləyərkən bu kimi maddələrin əlavə olaraq qəbul edilməsi tövsiyə olunur.
Mənbə: Cleveland Clinic
Tərcümə etdi: Nazrin Humbat
