Şam ağacının yaranma tarixi çox qədim dövrlərə, təxminən 300 milyon il əvvələ qədər gedib çıxır. Şam ağacı (Pinus) çiçəksiz bitkilər qrupuna aid olan iynəyarpaqlı ağacdır və dünyada ən qədim ağac növlərindən biri kimi tanınır. Bu ağac növü Trias dövründə, dinozavrlar zamanında formalaşmağa başlayıb. Hələ qədim dövrlərdə, xüsusilə Şimali Yarımkürənin müxtəlif bölgələrində inkişaf edərək geniş ərazilərə yayılıb.
Şam ağacları dəniz səviyyəsindən yüksək dağlıq ərazilərə qədər müxtəlif iqlim şəraitində yaşaya bilir. Onların yarpaqları iynə şəklində olduğu üçün həmişəyaşıl ağaclar qrupuna aiddir. Şam ağacları öz möhkəmliyinə görə qədim dövrlərdə tikinti və gəmiqayırmada geniş istifadə olunub.
Ümumilikdə, şam ağacının uzunömürlülüyü və fərqli ekosistemlərdə yaşamaq qabiliyyəti onun tarix boyu qalıcı və müqavimətli bir növ olmasına şərait yaradıb.
Mənbə: NTV
Tərcümə etdi: Zeynəb Həsənova
