Bu gün:

İsrail Beyrutu vurdu, tanker partladı...


İsrail qüvvələri Livanın paytaxtı Beyrutun cənubundakı bölgələrə hava hücumu təşkil edib. Hücumdan sonra Hamra məhəlləsindəki bir dizel tankeri partlayıb. Alovlar ətrafa yayılıb və ətrafdakı nəqliyyat vasitələri yanmağa başlayıb.

Görüntülər, İsrailin havadan və qurudan mühasirəyə aldığı Livanın paytaxtı Beyrutdandır. Təşkil edilən hava hücumundan sonra bir dizel tankeri partlayıb.

Partlayışın təsiri ilə böyük bir yanğın baş verib. Alovlar bölgədəki digər nəqliyyat vasitələrinə də sıçrayıb və nəticədə yanğın daha geniş ərazini əhatə edib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et