İsrail ordusu qurudan hücuma keçdiyi Livanın cənubunda baş verən qarşıdurmada yaralanan əsgərlərindən birinin öldüyünü açıqlayıb.
Ağır yaralanan Şabtayın İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişdiyi bildirilib.
Şabtayın ağır yaralandığı qarşıdurmada daha 5 İsrail əsgəri həlak olub.
İsrail hakimiyyəti Livandakı qarşıdurmalarda ümumilikdə neçə əsgərin öldüyü barədə məlumatlara malik deyil.
İşğalçı İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı “məhdud və intensiv” qurudan hücumlara başladığını açıqlayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
