24media.az saytının növbəti müsahibi psixoloq Ezgi Şahindir. O, xəyallarımız haqqında danışıb.

-Xəyallar insanların real həyatına nə dərəcədə təsir edir?
Hər insan öz potensialına görə xəyal qurmalıdır. Əgər mənim potensialım xəyalıma yetəcək dərəcədirsə, xəyal qurmaq çox yaxşıdır. Hər insanın xəyal gücü olmalıdır. Biz psixoloqlar hitoterapiyaya pasiyent qəbul edəndə mütləq onun xəyal gücü ilə olan əlaqəsini soruşuruq. Xəyal gücü insanın həyat keyfiyyətini yüksəldir.
-Bəs xəyallar insanların sağlamlığına hansı zərərləri vurur?
Mən düşünmürəm ki, pis təsir edir. Xəyallar insanı ayaqda tutan, motivasiya verən ən önəmli faktordur. Lakin insan potensialından yüksək xəyal qurursa və ona çata bilməyəcəksə, yüksək depressiya və özünə qapanma yaşaya bilər. Həmin insanda “mən bacarmıram, mən bacarıqsızam” kimi fikirlər formalaşar.
-Bəs xəyallara sərhəd var?
Məncə, xəyalda sərhəd olmamalıdır. Xəyal bizim ümid yerimizdir. Hətta yuxularımızı belə xəyal gücümüz vasitəsilə görürük. Yuxularımızı gerçəklərlə ayıra bilməməyimizin tək səbəbi də budur. Ən böyük motivasiya ümid, xəyal və onu həyata keçirtmək arzusudur.
Gülnisə Əfkari
