Bu gün:

Niyə kitab oxumalıyıq?


Kitab oxumaq insanın daxili dünyasına açılan pəncərədir. Hər səhifə bizi yeni bir aləmə aparır, hər cümlə sanki ruhumuzun gizli dərinliklərinə toxunur. Kitablar yanlız bilik mənbəyi deyil, həm də ruhu bəsləyən, düşüncələri zənginləşdirən və xəyal gücümüzü qüvvətləndirən dostlardır. Oxuduğumuz hər bir kitab, əslində, bizim ruhumuzda iz buraxır. O, öz unudulmaz hekayələri, personajları və mesajları ilə həyatımızın bir parçasına çevrilir. 


Kitab oxuduqca dünyamız genişlənir, yanlız öz həyatımızın hüdudlarında deyil, fərqli talelərin, müxtəlif mədəniyyətlərin, minlərlə fərqli insanın düşüncələrinin içində gəzirik. Bu gəzintidə bir yaz fəslinin sərin səhərində yağışın torpağa düşən ilk damlasını hiss edirik, bəzən də qışın sərt, soyuq qarlı gecələrində bir otaqda, odun qoxusu ilə isidilən kaminin yanında oturmuşuq kimi hiss edirik özümüzü. 


Hər bir kitab yazıçının ruhundan qopan bir parçadır və o parça oxucunun qəlbinə toxunduqda ikisinin arasında görünməz bir bağ yaranır. Bu, kitabların bizə bəxş etdiyi sirli və əvəzolunmaz bir qüvvədir-həyatımıza rəng qatan, düşüncələrimizi formalaşdıran və ruhumuzu bəsləyən bir qüvvə.


Mənbə: Onedio


Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et