İngiltərədə aparılan araşdırmaya görə, böyüklərin çoxu özünü bədbəxt hiss edir. İki min nəfərlik sorğu göstərib ki, özünü yaxşı hiss etməyənlərin ortaq xüsusiyyətləri sağlam qidalanmamaq, idmanla məşğul olmamaq və zaman çatışmazlığıdır.

Mütəxəssislərə görə, xoşbəxtlik zehni və fiziki sağlamlıqla əlaqəlidir. Özünə vaxt ayıran və baxış bucağını genişləndirənlər daha xoşbəxt olur. Daxili səsinə qulaq asmaq və özünü tanıyıb uyğun addımlar atmaq da xoşbəxtliyə aparan əsas yollardandır.
Beləliklə, insanın özünü tanıması ətraf mühit qədər xoşbəxtliyin açarıdır.
Mənbə:TRT Haber
Tərcümə etdi:Talehə Hüseynzadə
