
İsrail ordusundan verilən açıqlamada Livandan İsrail hava məkanına daxil olan 3 PUA-nın təsbit edildiyi və onlardan ikisinin məhv edildiyi bildirilib. PUA-nın Kayserya şəhərində bir tikiliyə düşdüyü, lakin xəsarət alan olmadığı bildirilib. Hücum zamanı Təl-Əviv yaxınlığındakı Herzliya şəhərində Mossad və hərbi kiberkəşfiyyata cavabdeh olan "Unit 8200"-ün ortaq bazası olan Glilot bazasında həyəcan siqnalları işə salınıb.
İsrail ordusu başqa PUA-nın sızma ehtimalının olmadığını iddia edib. İsrail polisi sözçüsü tərəfindən edilən açıqlamada, Kayserya şəhərində bir PUA-nın bir binaya dəyməsindən sonra bölgəyə polisin sıx şəkildə yerləşdirildiyi və hər hansı partlayıcı hissənin tapılmaması üçün axtarış və araşdırmalar apardığı ifadə edildi.
Digər tərəfdən, İsrail polisinin Netanyahunun evinin ətrafına çoxlu sayda hərbçi göndərdiyi və şəhərdə bu yerə gedən yolların giriş-çıxışlarını bağladığı bildirilib.
Sosial mediada yayımlanan görüntülərdə Netanyahunun iqamətgahı ətrafında təhlükəsizlik üçün beton blokların və mühafizə kabinəsinin yerləşdiyi əraziyə tibbi qrupların və polisin sıx şəkildə toplaşdığı görünür.
Eyni şəkildə sosial mediada yayılan görüntüdə PUA-nın bölgədə uçan helikopterin yanından keçməsi və daha sonra hücum həyəcanı verməsi diqqət çəkir. Hizbullah hələlik hücumla bağlı açıqlama verməyib.
Mənbə: CNN türk
Tərcümə etdi: İbrahim Çobanlı
