
Həmas Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye hərəkatın lideri Yəhya Sinvarın İsrailin hücumu nəticəsində şəhid olduğunu açıqlayıb.
Açıqlamasında Sinvarın İsrailin hücumunda həyatını itirdiyini deyən Hayye Sinvarın qorxmadan irəli gəldiyini, ön cəbhədə döyüşdüyünü və döyüş mövqeləri arasında hərəkət etdiyini bildirib.
Siyasi Büro üzvü Hayye, "Bütün Fələstin torpaqlarında paytaxtı Qüds olan Fələstin dövləti qurulana qədər mübarizə davam edəcək",- deyə bildirib.
Hayye, Qəzzaya hücumlar dayandırılmadıqca, İsrail qüvvələri Qəzzadan tamamilə çəkilmədikcə və Fələstinli məhbuslar təcridxanalardan azad olunmayınca israilli məhbusların ölkələrinə dönməyəcəklərini vurğulayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səidə Əsədli
