Bu gün:

ABŞ-nin Çin şirkətlərinə ilk sanksiyaları


Vaşinqton uzun müddətdir Çini Rusiyanın müharibə cəhdlərini dəstəkləməkdə ittiham edir. Bu, ikili təyinatlı mallar və silah istehsalında istifadə edilə biləcək komponentlər təchiz etmək yolu ilə baş verir və Pekin bunu inkar edir. Lakin cümə axşamı ABŞ Xəzinə Departamenti Çin şirkətlərini Moskvaya silah təchizatında birbaşa iştirak etməkdə ittiham edib.


Çin şirkətləri Moskvanın "Garpia seriyası" adlı uzaqmənzilli pilotsuz uçan aparatlar istehsalında Rusiya müdafiə firmaları ilə əməkdaşlıq edib. Departament bəyanatında bildirib ki, dronlar Çində hazırlanıb və istehsal edilib, sonra döyüş sahəsində istifadə üçün Rusiyaya göndərilib.


"Garpia Rusiyanın Ukraynaya qarşı amansız müharibəsində, infrastrukturun dağıdılması və kütləvi insan tələfatına səbəb olmaq üçün yerləşdirilib", bəyanatda deyilir.



Mənbə: CNN news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et