Bu gün:

Joe Baydenın təxirə salınan Almaniya ziyarətinin bu cümə günü olacağı xəbəri verildi


Ağ Evin sözçüsü Karine Jean-Pierre Baydenin Almaniya və Anqolaya daha əvvəl təxirə salınmış səfərləri ilə bağlı açıqlama verib. Jean-Pierre, Baydenin cümə günü Almaniyaya səfər edəcəyini və səfər zamanı danışıqlarının əsas mövzusunun Ukrayna olacağını söylədi.


Baydenin Almaniya prezidenti Frank-Valter Ştaynmayer və baş nazir Olaf Şolzla görüşəcəyini bildirən Jean-Pierre bu görüşlərdə həm ABŞ-Almaniya münasibətlərinin, həm də Ukraynaya dəstəyin müzakirə olunacağını qeyd edib.


Karine Jean-Pierre, Baydenin dekabrın ilk həftəsində Anqolaya gedəcəyini və prezident olaraq Afrikaya bu ilk səfərində ABŞ-Afrika əlaqələrinin əhəmiyyətinin vurğulanacağını bildirib.


Mənbə: CNN TÜRK

Tərcümə etdi: Leila Musaevi

Paylaş
Şərh əlavə et