24media.az-ın “1 sual, 1 cavab” rurikasının növbəti qonağı həkim-oftolmoloq Paşa Qəlbinurdur. O, son dövrlər insanlar arasında yayılan FLAAK əməliyyatından danışıb.
FLAAK əməliyyatı nədir?

FLAAK əməliyyatı və bunun kimi bir neçə variantlar var. Əsas geniş dinləyici kütləsi üçün fikrimizi desək, Flaak əməliyyatı gözün rənginin tatu vasitəsilə başqa rəngə çevrilməsinə deyilir. Bu əməliyyat sağlam gözün başqa rəngə çevrilməsi deməkdir. Bu əməliyyatın mahiyyəti bir növ dəridəki, tatunu əks etdirir. Müəyyən şəkillər və yazılar qeyd olunur. Yəni eyni mahiyyətdədir. Bədənin ən həssas orqanı olan duyğu üzvülərinin ən birinci şahı olan görmə orqanında aparılır. Yəni bizim duyğu üzvülərimizin içərisində yalnız görmə orqanı 90%-dən çox informasiyanı qəbul edir. 10%-ə qədəri isə qalan duyğu üzvülərimizdir.
Ümumiyyətlə, göz haqqında bizim çoxlu atalar sözlərimiz var. Gözə bir çox andlar olur. Dünyanın müxtəlif yerlərində pirlər varki, gözə sitayiş edirlər. Yəni gözə bir müqəddəs obyekt kimi yanaşılır. Sağlam gözün, onun buynuz qişasını, yəni öndə olan görməyə məxsus olan hissələrindən birini rəng vasitəsilə rəngləmək yolverilməzdir. Bu əməliyyat dünyada son 15-16 ildir ki, aparılır. Dünyanın bir çox inkişaf etmiş ölkələrində o cümlədən ABŞ və Almaniyada FLAAK əməliyyat qanunla qadağa olunub. Və bu ölkələrdə bu əməliyyatı aparanda qanunla cəzalandırılır. Kolumbiya və Afrikanın bəzi ölkələrində bu əməliyyatı icra edən göz həkimləri hələ də qalıb.
Düşünürəm ki, bizim ölkəmiz də inkişaf etmiş ölkələrdəndir. Çox təssüf ki, bizdə hələ qanunla qadağa olunmayıb. Bu əməliyyatdan sonra çoxlu sayda fəsadlar olur. Gözdə qara su və uveytlər yaranır. Gözün buynuz qişasının distrafiyaları olur. Onlar neyləyir? Görməni azaldır və nəticədə, korluğa gətirib çıxarır. Dünyanın məşhur kino ulduzları və başqa sahənin adamları Flaak əməliyyatından sonra görmələrini itiriblər. Və bir çox faciəvi olub.
Mən professional həkim-oftolmoloq kimi bu əməliyyatın bizim insanların üzərində aparılmasını tövsiyə etmirəm.
Pərvanə Abbasova
