
İsrailin Livanda həyata keçirdiyi son hücumlarda aralarında Nabatiye şəhərinin meri də daxil olmaqla ən azı 5 nəfər həyatını itirib.
BBC-nin Livandakı müxbiri Riam Dalati ilə danışan bir hadisə şahidi hava hücumlarında şəhər meriyasının da vurulduğunu və hücum zamanı böhran mərkəzinin iclasını bələdiyyə sədri Əhməd Kahilin idarə etdiyini bildirdi. 30 dəqiqə ərzində ən azı 9 intensiv hava hücumu həyata keçirildiyini deyən şahid bölgədəki vəziyyəti "dəli terror" kimi qiymətləndirib. Fransanın AFP xəbər agentliyinə danışan Nabatiye valisi Howaida Turk şəhər və ətrafına 11 hava zərbəsi endirdiyini bildirib.
"Hücumlar bölgədə bir növ yanğın kəməri yaradıb", - Türk deyib.
Mənbə: BBC
Tərcümə etdi: İbrahim Çobanlı
