
ABC xəbərinə görə, Avstraliyanın Müdafiə Sənayesi Naziri Pat Conroy, təxminən 245 milyon Avstraliya dolları dəyərində olan hərbi yardım paketi çərçivəsində Ukraynaya 49 ədəd “M1A1 Abrams” tankının göndəriləcəyini açıqlayıb. Conroy, “Bu tanklar Ukraynaya daha çox atəş gücü və hərəkət qabiliyyəti təmin edəcəkdir. Avstraliya Ukraynaya verdiyi dəstəkdə qətiyyətlidir” deyib.
Avstraliyanın Kanberradakı Ukrayna səfiri Vasyl Myroshnychenko isə bu yardımı məmnuniyyətlə qarşılayaraq, bu addımı ölkəsində həyat xilas edəcək “önəmli bir addım” kimi xarakterizə edib.
Conroy həmçinin bildirmişdi ki, 18 yanvarda Ukraynanın “MRH-90 Taipan” helikopterlərinə çıxış tələbi Avstraliya tərəfindən rədd edilmişdi.
Mənbə:ABC Haber
Tərcümə etdi:Aysu Salahova
