Bu gün:

ABŞ-də səslərin əl ilə sayılmasına qoyulan qadağa


ABŞ-nin Corciya ştatında hakim Robert McBurney, seçki işçilərinin hazırlıqsız olması və idarəetmə xaosuna səbəb olacağına görə səslərin əl ilə sayılması qərarını ləğv edib.

 

Bu qayda keçən ay Tramp tərəfdarları tərəfindən qəbul edilib və ləğv edilməsi Demokrat namizəd Kamala Harris tərəfindən alqışlanıb.

Erkən səsvermənin ilk günündə 328 mindən çox insan səs verib ki, bu da 2020-ci ildəki göstəricidən iki dəfə çoxdur. Həmin il Co Bayden Corciyada 12 min səs fərqi ilə qalib gəlib. Tramp isə seçki nəticələrini qəbul etməyərək qanunsuz dəyişiklik etməyə çalışmaqda ittiham olunur, lakin bu iddiaları rədd edir.

Mənbə: BBC News

Tərcümə etdi: Talehə Hüseynzadə

Paylaş
Şərh əlavə et