
NATO-nun baş katibi Mark Rutte Brüsseldəki rəsmi iqamətgahında Latviyanın Baş naziri Evika Silina ilə birgə mətbuat konfransı keçirib. Rutte, Baş Nazir Silina ilə görüşündə Latviyanın NATO ilə münasibətlərinin müzakirə edildiyini, həmçinin Rusiya ilə Ukrayna arasındakı müharibəni də gündəmə gətirdiklərini bildirib. Rutte "Rusiya şərqdə irəliləməyə davam edir, lakin bu onlara çox baha başa gəlir. Qışın yaxınlaşdığı bir vaxtda Ukraynanın kritik enerji infrastrukturuna davamlı hücum edir. Ona görə də Vaşinqton Sammitində üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirməliyik"-dedi.
Alman kəşfiyyat nümayəndələrinin 2030-cu ilə qədər Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı xəbərdarlığına münasibət bildirən Rutte, "Bu məsələni açıq şəkildə qeyd edəcəyəm. NATO, həm indiki zamanda, həm də gələcəkdə bizə hücum etməyə çalışacaq hər düşmənlə, hər rəqiblə üzləşməyə hazırdır. Müdafiəmizə və müdafiə sənayemizə böyük sərmayələr yatırırıq. Təbii ki, Putin'in Ukraynada istədiklərinə nail olmaması üçün Ukraynanın uğurlu olmasına kömək etməyə çalışırıq. NATO ərazilərinin hər santimini qoruyacağımız tamamilə aydındır. Bunun üçün həm indiki zamanda, həm də gələcəkdə nə lazımdırsa edəcəyik" dedi.
Mənbə: Hürriyet
Tərcümə etdi: Fatimə Hüseynova
