
ABŞ prezident seçkilərinə cəmi bir neçə həftə qalmış, Kamala Harris qaradərili və Latino seçiciləri cəlb etmək üçün səylərini artırıb. Bu qruplar arasında güclü liderliyə sahib olsa da, bəzi Demokratlar onun seçiciləri noyabr ayında səsverməyə təşviq etmək üçün daha çox çalışmalı olduğunu bildirib.
Bu çağırışın əsas səbəbi son sorğular olub. Sorğulara əsasən, Harris’in Respublikaçı rəqibi Donald Trump qaradərili və Latino seçicilər arasında uğur qazanıb. Bu da, 2016 və 2020-ci illərdə əldə etdiyi qazancların davamı kimi görünə bilər.
New York Times və Siena tərəfindən aparılmış bir sorğu göstərib ki, Harris qaradərili seçicilər arasında 78% dəstək alıb, halbuki Demokratlar əvvəlki seçkilərdə təxminən 90% dəstək qazanıb. Bu azalma daha çox kişilər arasında müşahidə olunub.
Belə bir vəziyyət çox az fərqlə nəticələnə biləcək bir yarışda həlledici rol oynaya bilər. Hətta bu sorğular tam dəqiq olmasa belə, əsas ştatlarda qaradərili və ya Latino seçicilər arasında kiçik bir artım nəticəsinə təsir edə bilər.
Məsələn, Arizona ştatında 5 noyabrda seçicilərin təxminən dörddə birinin Latino olması gözlənilib, yaxınlıqda yerləşən Nevada ştatında isə bu rəqəm təxminən 20% olub. Digər vacib bir ştat olan Corciyada isə qaradərili seçicilər ümumi sayın təxminən 30%-ni təşkil edib. Bu, vacib ştatlarda ciddi əhəmiyyət kəsb edən bir say hesab edilir.
Trump’ın bu seçicilər arasındakı qazancının səbəbi isə maraq doğurub.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Aysel Şıxməmmədova
