Bu gün:

İsrail İranın ordusunu hədəf almağı planlaşdırır


İsrailin İrana necə cavab verəcəyi ilə bağlı müzakirələri, Qəzzadan Livana qədər genişlənən, bir ildir davam edən münaqişədə yüksək gərginlik anına təsadüf edir. Ağ Evdə vəzifəli şəxslər daha geniş bir müharibənin qarşısını almaq ümidi ilə İsrailin qisas almasını ballistik raketlərlə məhdudlaşdırmağa çalışıblar.

Bayden və digər yüksək vəzifəli şəxslər İsrailin cavab vermək hüququnun olduğunu müdafiə ediblər və qərar qəbul edərkən həmkarları ilə sıx koordinasiyada olduqlarını söyləyiblər.

Vəzifə sahibləri ABŞ seçkilərinə həftələr qalmış enerji qiymətlərinin yüksəlməsinə səbəb ola biləcək neft yataqlarında tətilin arzuolunmaz olacağını qeyd ediblər. Bundan əlavə, İranın nüvə obyektlərinə zərbə endirmək, Baydenin qaçmağa çalışdığı geniş regional müharibəyə səbəb ola bilər.

Amerikan məmurlar, İranla nəzarətdən kənar münaqişə istəmədiyinə inandıqları İsraildən cavab gözlədiklərini bildiriblər.

Mənbə: CNN

Tərcümə etdi: Selcan İbişli

Paylaş
Şərh əlavə et