Bu gün:

İsrail Qəzzada daha bir jurnalisti öldürüb


Qəzzanın Medya Ofisi, 7 oktyabr 2023-cü ildən etibarən İsrail ordusunun hücumları altında həlak olan jurnalistlər haqqında açıqlama verib. Aksa Televiziyası üçün kameraman işləyən Eymen Məhəmməd Ruvəydiçinin də bu hücumlar nəticəsində öldüyü bildirilib. Açıqlamada, 7 oktyabr tarixindən etibarən həlak olan mətbuat işçilərinin sayının 177-yə çatdığı ifadə olunub.

İsrail ordusunun jurnalistləri hədəf alması qınanaraq, bu ölümlərə görə İsrail hakimiyyətinin məsul olduğu vurğulanıb. Həmçinin, beynəlxalq ictimaiyyətə və media ilə bağlı təşkilatlara İsrailə qarşı cəzalandırıcı tədbirlər tətbiq edilməsi və beynəlxalq məhkəmələrdə mühakimə edilməsi üçün hərəkətə keçilməsi çağırışı edilib.

Qəzza hökuməti, İsrailin jurnalistləri qəsdən öldürdüyünü, bunun məqsədinin Fələstinlilərin səsini boğmaq və gerçəkləri gizlətmək olduğunu qeyd edib.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et