Bu gün:

Nigeriyada “Boko Harama” təslim olub


Nigeriyanın şimal-şərqində ”Boko Harama”qarşı keçirilən əməliyyatda terror təşkilatının 15 üzvü təslim olub. 

Nigeriya ordusu Borno əyalətinin Aquata bölgəsində “Boko Harama”qarşı əməliyyat keçirdiyini açıqlayıb. Açıqlamada əməliyyat zamanı 15 təşkilat üzvünün təslim olduğu, terrorçuların sığındığı düşərgənin dağıdıldığı bildirilib. 2000-ci illərin əvvəllərindən Nigeriyada 2009-cu ildən mövcud olan Boko Haramanın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir. 


Mənbə: TRT Haber

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et