Bu gün:

ABŞ İsrailə THAAD zenit-raket kompleksinin göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib


ABŞ Yaxın Şərqdəki əsas müttəfiqinin müdafiəsini gücləndirmək üçün İsrailə qabaqcıl THAAD raketdən müdafiə sistemini və  qoşunlarını göndərəcək.


Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.


"Prezident Co Baydenin göstərişi ilə müdafiə naziri Lloyd Ostin aprelin 13 və oktyabrın 1-də İranın misli görünməmiş hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirmək üçün oraya uzun mənzilli raketdən müdafiə (THAAD) batareyası və ABŞ hərbçilərindən ibarət ekipaj göndərilməsinə icazə verib", - deyə o bildirib.


Mənbə: RBK news 

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et