Bu gün:

Trampın mitinqinə silahlı şəxs daxil olmağa çalışıb


Kaliforniyada (ABŞ) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinq yerinin yaxınlığında silahlı şəxs saxlanılıb.


Saxlanılan şəxs 49 yaşlı Las-Veqas sakini Vem Miller olub. O, yanında dolu ov tüfəngi gətirib. Miller 12 oktyabr tarixində saxlanılıb, insident Trampın təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkilinə təsir etməyib. O, 5 min dollar (8,5 min manat) girov qarşılığında sərbəst buraxılıb. 

 

Mənbə: KTLA news

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et