Ukraynanın insan haqları üzrə müvəkkili Kursk sərhəd bölgəsində Rusiya qüvvələri tərəfindən əsir götürülmüş 9 Ukrayna hərbçisinin edam edilməsi iddiasını pisləyib.

Dmitri Lubinets Moskvanı "müharibənin bütün qaydalarını və adətlərini" pozmaqda ittiham edərək, iddialarla bağlı Birləşmiş Millətlər Təşkilatına və Qızıl Xaç Cəmiyyətinə məktub yazdığını bildirib.
Müdaxilə Ukraynanın döyüş sahəsini təhlil edən DeepState saytının hesabatından sonra baş verib. O, ölən əsgərlərin pilotsuz təyyarə operatorları olduğunu iddia edən dron görüntülərini dərc edib. Rusiya rəsmiləri hələ ki, iddialara münasibət bildirməyiblər.
Kiyevin bu yayın əvvəlində şok hücumuna başladığı vaxtdan bəri Rusiya sərhəd bölgəsinə minlərlə hərbçi yerləşdirdiyi güman edilir.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
