Bu gün:

“Məsələnin həlli üçün praqmatik addımlar atılmalıdır”


24media.az-ın növbəti müsahibi nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovdur. O, son dövrlərdə ictimai nəqliyyatda sürücülər və sərnişinlər arasında yaranan mübahisələrin səbəbindən danışıb.


Son dövrlərdə ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında mübahisələr artıb. Sərnişinlərin sürücünün sürətinə, dayanacaqda saxlamamasına və sıxlığa etirazları yayğındır. Bu halın səbəbini nədə görürsünüz?


Deməli, ictimai nəqliyyatda əsas məsələlərdən biri sərnişin sürücü münasibətləridir, yəni sərnişinlər və sürücülər arasında həmişə bir problem yaranarsa  artıq məsələnin həlli üçün praqmatik addımlar atılmalıdır, istər hüquqi, istər digər yollarla. Vətəndaşları da anlamaq olar sürücüləri də. Çünki sıxlıqdır, müəyyən dərəcə insanlar narahatdır, diskomfort yaranır, amma sürücüləri də anlamaq olar, onlar günün müəyyən hissəsini sükan arxasında olurlar, avtomobillər avtobus yollarına daxil olmağa çalışırlar və s. müəyyən narahatlıq yaranır. Hər iki tərəfdə müəyyən əsəbilik halları baş verir, ona görə də maksimum dərəcədə insanlar bir-birlərinə yaxşı davranmalıdırlar, anlamağa çalışmalıdırlar ki, aralarında, ünsiyyətlərində hansısa problem yaşanmasın. Məsələnin əsas mahiyyəti, kökü, həlli budur. Əks halda, sürücülər və sərnişinlər arasında narahatlıqlar və s. məsələlər yaşanacaqdır.


Dürdanə Əhədzadə

Paylaş
Şərh əlavə et