Bu gün:

Şimali Koreya lideri Kim Putini "ən yaxın yoldaşım" adlandırdı


Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə ad günü mesajı göndərərək onu "ən yaxın yoldaşı" adlandırıb.


Putini 72 illik yubileyi münasibətilə təbrik edən Kim, iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qaldırılacağını da əlavə edib.

Pxenyanla Moskva arasında münasibətlər Ukrayna müharibəsi başlayandan sonra dərinləşib - bu, Qərbi narahat edən bir addımdır.

Ayrı-ayrılıqda çərşənbə axşamı Kim, Pxenyanın ölkəsini nüvə silahına malik hərbi super gücə çevirmək üçün addımları sürətləndirəcəyini söylədi.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et