İki ölkənin yaratdığı ortaq komissiyanın qərarı ilə Alp dağlarında İsveçrə ilə İtaliya arasında sərhəd bir neçə metr dəyişdiriləcək. Sərhəd xəttinin dəyişdirilməsi ideyası iqlim dəyişikliyi ilə əlaqədar Alp dağlarının Cervino-Matterhorn bölgəsindəki Rosa Yaylası buzlaqının əriməsi səbəbindən illərdir müzakirə olunur.

Ötən il iki ölkə arasında birgə komissiya düzəlişi qəbul edib. İsveçrə administrasiyası bu məsələ ilə bağlı razılaşmanı ötən cümə günü təsdiqləyib və İtaliya tərəfinin də təsdiqi gözlənilir. Müqavilə ilə sərhədin bəzi nöqtələrdə İtaliyaya doğru bir neçə metr dəyişdirilməsi və İsveçrənin ərazisinin genişləndirilməsi nəzərdə tutulur. Xizək kurortları və yaşayış obyektləri kimi yerlərin istismarı, kanat yollarının inşası və mümkün fövqəladə hallar zamanı yardım fəaliyyətlərinin idarə edilməsi kimi amillər də daxildir. İsveçrə Elmlər Akademiyası bildirir ki, 2023-cü ildə ölkədəki buzlaqlar öz həcminin 4 faizini itirəcək. Bu iki məlumat 2022-ci ildəki 6 faiz itki ilə birlikdə rekord təşkil edir. İsveçrəli tədqiqatçılar, Alp dağlarının bəzi hissələrində əhəmiyyətli miqdarda buz qalmadığı üçün ölçmələri dayandırıblar. Dağdakı buzlar sürətlə əriyir və 2040-cı ildə tamamilə yox ola bilər. 2022-ci ildə Marmoladada buzlaqın çökməsi nəticəsində 11 nəfər həlak olub. Bu hadisə həm də qeyri-adi temperaturların səbəb olduğu ərimə ilə bağlı idi. İsveçrənin İtaliya ilə sərhədi yaxınlığındakı Teodul buzlaqında 1986-cı ildə yoxa çıxan alman alpinistinin qalıqları keçən il əriyən buzlar arasında tapılıb.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Aynur Mikayılova
