Bu gün:

Sinqapurun keçmiş naziri həbs edilib


Sinqapur hökumətinin yüksək vəzifəli kabinet naziri Subramaniam İsvaran varlı xalqı narahat edən yüksək səviyyəli məhkəmə prosesində 12 ay həbs cəzasına məhkum edilib.


62 yaşlı İsvaran dövlət vəzifəsində olarkən 403 000 Sinqapur dollarından (311 882 ABŞ dolları; 234 586 funt sterlinq) dəyərində hədiyyələr qəbul etməkdə, habelə ədalətin gedişinə mane olmaqda təqsirli bilib.

Hədiyyələrə Formula 1 Qran Prisinə biletlər, Brompton T-line velosipedi, spirtli içki və şəxsi təyyarədə gəzinti daxildir.

Sinqapurun Ali Məhkəməsində işə nəzarət edən hakim Vincent Hoong, keçmiş nəqliyyat nazirinin cinayətlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə olduğunu və insanların dövlət qurumlarına inamını təhlükə altına atdığını vurğulayıb.

Mənbə: bbc.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et