24Media.az-ın növbəti müsahibi, həkim-terapevt Günay Lətifovadır. O, ürək bulantılarının səbəblərini açıqlayıb.
Ürək bulantılarının səbəbləri nələrdir?

Qastrit və mədə bağırsaqları iltihabi xəstəliklər, enterovirus infeksiyası, appendisit, pankreatit, öd kisəsi xəstəlikləri yarada bilər. Həmçinin beyin qişasının iltihabı (ensefalit, meningit), bədxassəli şiş beyində və ya onun membranında problem yaradır. Vestibulyar aparatın fəaliyyətinin pozulmasına gətirib çıxarır. Həddindən artıq yemək və ya həddindən artıq dieta, stress, ürəkbulanma yaradan başlıca amillərdəndir.
Ürək bulanmaları xəstəyə görə dəyişir, yəni fərdidir. Bu halda konsultasiyaya getmək düzgün diaqnoz üçün mütləqdir.
Ürəkbulanmanın və qusmanın müalicəsi onu törədən səbəbdən asılıdır. Ümumi olaraq, qarsısın almaq üçün təmiz su içmək lazımdır. Əgər qusma halı 24 saatdan çox davam edərsə, dehidratasiyanın qarşısını almaq məqsədi ilə pedialit kimi maddələrin qəbul edilməsi normal haldır.
Fidan İbrahim
