Poladın nə vaxt ixtira edildiyi dəqiq məlum deyil, lakin ən erkən nümunələrdən bəziləri eramızdan əvvəl I minillikdə Mərkəzi və Cənubi Asiyada aşkar edilmişdir.
Polad müasir dünyanın onurğa sütunudur və evlərdə, göydələnlərdə, avtomobillərdə daha çox istifadə olunur. Bununla belə, təmiz polad təbiətdə tapılmır, bəs insanlar poladı nə vaxt icad ediblər?
Məlum olub ki, bu davamlı müasir metal ən azı 2000 il əvvələ gedib çıxır, lakin arxeoloqlar poladın nə vaxt meydana gəldiyini dəqiq bilmirlər.
Polad, dəmir və karbon bir ərintidir. Əsasən dəmirdən ibarətdir, lakin 0,2 faizdən 1 faizədək karbonun əlavə edilməsi onu təmiz dəmirdən daha sərt, möhkəm və pasa qarşı daha davamlı edir.
Britaniya Muzeyinin qədim metallurgiya üzrə eksperti Pol Kraddok deyir: “Polad qədim dünyanın əksər hissəsində eramızdan əvvəl birinci minillikdə işlənib".
Ən erkən nümunələrdən bəziləri, ehtimal ki, Mərkəzi və Cənubi Asiyanın bəzi yerlərində dəmir və karbonun birlikdə əridilməsi ilə hazırlanmış “pota” poladları idi.
İstehsal olunan dəmirin bəzi digər erkən formaları polad kimi tanınılması üçün özündə kifayət qədər karbon birləşdirirdi. Bununla belə, Roma dövründə Roma xəncərləri kimi artefaktlar müvafiq istiliklə işlənmiş poladdan hazırlanırdı.
Bunun üçün dəmiri qızdırmaq və döymək, çirkləri təmizləmək və az miqdarda karbon əlavə etmək lazımdır. Bunu ilk dəfə kimin kəşf etdiyini heç kim bilmir, lakin dəmir filizindən dəmir istehsalında əmələ gələn sözdə “şlak”ı çıxarmaq üçün dəmiri çox yüksək temperaturda əritmək lazım idi, - deyə Kraddok əlavə edir.
Bu gün polad ümumiyyətlə müxtəlif polad ərintiləri istehsal edən xüsusi sobalarda dəmir filizindən hazırlanmış "çuqun" külçələri yüksək temperatur və oksigenə məruz qoyaraq emal etməklə istehsal olunur. Müxtəlif polad növləri müxtəlif nisbətlərdə karbon və paslanmayan polad üçün həyati əhəmiyyət kəsb edən xrom kimi digər elementləri ehtiva edir.
Mənbə: arkeofili
Tərcümə etdi: Aytac Musayeva