Instagram sahibi Meta deyir ki, Dame Judi Dench və John Cena onun süni intellekt (AI) chatbotunun səs variantları olacaq.

İstifadəçilər həmçinin Awkwafina, Keegan Michael Key və ya Kristen Bellin süni intellekt versiyalarından məlumat ala biləcəklər.
Texnologiya nəhənginin baş icraçı direktoru Mark Zukerberq bu barədə şirkətin illik Connect konfransı zamanı məlumat verib.
Tədbirdə cənab Zukerberq həmçinin Meta-nın Orion adlı artırılmış reallıq (AR) eynəklərinin ilk işləyən prototipini təqdim etdi.
Şirkət, hazırda 400 milyondan çox insanın Meta AI-dən istifadə etdiyini və onlardan 185 milyonunun hər həftə təkrar istifadə olunduğunu söylədi.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
