24media.az-ın bugünki qonağı futbol eksperti Kənan Məstəliyevdir. O, " Qarabağ-Tottenham" qarşılaşması haqda fikirlərindən danışıb.
- "Qarabağ"ın bu mövsüm Avropa liqasındakı ilk rəqibi "Tottenham" klubudur. Sizcə, " Qarabağ- Tottenham" oyununun nəticəsi necə olacaq?
Sürət və intensivlik baxımından onlar daha hazırlıqlıdılar, öz çempionatlarında buna daha yaxşı hazırlaşa bilirlər. Bizdə isə Liqa "Qarabağ" üçün sadəcə məşq meydançasıdı. Əzəli rəqibləri olan "Neftçi"yə ötən tur 4:0 qalib gəliblər, amma bu lazımi hazırlıq üçün yetərli olmadı. Səviyyə o səviyyə deyil. Rəqibin heyətində ulduzlar var, çox təcrübəli və hazırlıqlıdılar.
Qurban Qurbanov amili də vacibdir, amma onluq heç nə yoxdur, rəqib sadəcə güclüdür. Bəxtimiz gətirsə, nəticə qazana bilərik.
Yüksək konsentrasiya və ələ düşənlərdən maksimum istifadə köməyimizə gələ bilər. Rəqib güclü pressinqiylə tanınır, amma müdafiədə boşluqlar baş verə bilir. "Qarabağ" meydanda top gəzdirməli, qəfil ötürmə ilə Juninyonu qapıçı ilə sürətli görüşə göndərməli, müdafiə ilə qapı arasındakı uzun məsafədən istifadə etməlidir. Belə olsa, nəyəsə ümid etmək olar.
Zəhra Niftiyeva