Bu gün:

"3D düsturu" nədir?


Şimali Kipr lideri Ersin Tatar Türk tərəfinin “birbaşa uçuş, birbaşa ticarət və birbaşa təmas” kimi “3D” tələbləri yerinə yetirilməsə, Kiprdə oturmayacaqlarını təkrarlayıb. Nyu Yorkda davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasını Kipr məsələsində yeni bir addım atmaq üçün bir fürsət olaraq görən BMT-nin baş katibi Antonio Quterreş, Tatar və Kipr prezidenti Nikos Kristodulides ilə üçtərəfli görüş keçirməyə can atır. Tatar, tələblər yerinə yetirilmədikcə bu görüşün baş tutmayacağını vurğulayıb. BMT-nin baş katibi Quterreş son iki ildə Kipr probleminin həlli üçün yeni bir təşəbbüs irəli sürmək üçün intensiv səylər göstərir. Bundan sonra həm Türkiyə, həm də Kipr Türk tərəfi BMT parametrləri ilə yeni bir proses başlatmayacağına qərar verib. Bu vəziyyət yeni təşəbbüsün qarşısında əsas maneə idi. 1960-1970-ci illərdə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bir sıra qərarlar Kipr probleminin iki zonalı, iki icmalı federal dövlət prinsipləri çərçivəsində həllini nəzərdə tutur.


Türkiyə tərəfi Tatarın Holqin Kuellar ilə görüşlərində dilə gətirdiyi "3D təşəbbüsü"nü tərəflər arasında üçtərəfli görüş üçün ilkin şərt hesab edir. Bu ilkin şərtlər Kipr türklərinə “birbaşa uçuş, birbaşa ticarət və birbaşa təmas” hüquqlarının təmin edilməsi kimi formalaşdırılıb. Beynəlxalq embarqo altında olan Kipr Türk tərəfinə birbaşa uçuşlar yalnız Türkiyədən mümkündür. Eyni zamanda Türkiyə üzərindən də ticarət həyata keçirilir. Kipr türk tərəfi, xüsusilə Avropa İttifaqının (Aİ) Annan Planının birbaşa ticarət tənzimləməsini qəbul etməsinə baxmayaraq həyata keçirməməsi səbəbindən öz reaksiyasını Brüssel və AB paytaxtlarına çatdırır. Yunan tərəfi bu qaydanı rədd edib. "Birbaşa təmas” başlığı Kipr türk rəhbərliyinin embarqoların yaratdığı təcridini qırmaq və onun adanın şimalındakı təmsilçiliyini beynəlxalq ictimaiyyətdə daha yaxşı tanımaq məqsədi daşıyır.

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et