Kosmik turizm təkrar istifadə edilə bilən raket texnologiyası, suborbital uçuşlar və SpaceX, Virgin Galactic və Blue Origin kimi innovativ şirkətlərin iştirakı ilə adi insanlar üçün reallığa çevrilmək ərəfəsindədir. Geniş yayılmış kosmosa səyahət zaman alacaq olsa da, şahidi olduğumuz inkişaflar göstərir ki, kosmik turizm uzaq bir xəyal deyil, gələcəyimizin qaçılmaz hissəsidir.
Kosmik turizm hazırda xərc baxımından çox yüksək səviyyədədir, lakin texnologiyanın inkişafı ilə bu xərclərin zamanla azalacağı təxmin edilir. Hal-hazırda, kosmos səyahətləri üçün xərclər şirkətə və səfərin həcminə görə çox dəyişir. Burada bəzi seçimlər mövcuddur:

Virgin Galactic: Suborbital kosmosa uçuş üçün Virgin Galactic ilə biletin qiyməti təxminən 450.000 dollardır. Uçuş təxminən bir saat davam edir və sərnişinlər qısa müddət ərzində sıfır cazibə mühitini yaşayırlar.
Blue Origin: Jeff Bezosun şirkəti Blue Origin oxşar suborbital kosmik səyahətlər təşkil edir. Qiyməti rəsmi olaraq açıqlanmasa da, ilk səfərdə oturacaq hərracda 28 milyon dollara satılıb. Bununla belə, ümumi bilet qiymətlərinin 200.000-300.000 dollar arasında olduğu təxmin edilir.
SpaceX: İlon Maskın SpaceX şirkəti daha geniş və daha uzunmüddətli kosmos tətilləri üçün planlar hazırlayır. Turistlərin Ay ətrafında səyahətləri və ya SpaceX tərəfindən planlaşdırılan Beynəlxalq Kosmik Stansiyaya (BKS) səfərlər milyonlarla dollara başa gəlir. BKS-ə səfərlərin qiyməti 50 milyon dollar civarındadır. Həmçinin bildirilir ki, SpaceX-in Ay orbiti ətrafında turistik uçuşlarının qiymətləri 100 milyon dollara çata bilər.
Mənbə: sozcu.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
