Kosmos oksigensiz və atmosfer təzyiqi olmayan boşluq olduğundan burada insanların sağ qalması mümkün deyil. İnsan bədəni huşunu itirmədən təxminən 15 saniyə oksigensiz yaşaya bilir. Bu müddət ərzində astronavt nəfəs alma mühitinə qayıtmazsa, bir-iki dəqiqə ərzində ölüm baş verə bilər. Digər ölümcül təhlükə isə ebulizm adlanan fenomendir (aşağı təzyiqli hava ilə təmas nəticəsində toxumalarda su buxarı qabarcıqlarının əmələ gəlməsi). Bu, bədəndəki mayelərin kosmik mühitdə sürətlə buxarlanmasına səbəb olur.

Xoşbəxtlikdən, qan dövranı sistemimiz qanın qaynamasının qarşısını alır, lakin bu, bədəndə böyük şişlik və toxuma zədələnməsinə səbəb ola bilər. Kosmik geyimlər bir çox təhlükələrdən qorunsa da, astronavtların sağ qalma müddəti kostyumdakı oksigen miqdarı ilə məhdudlaşır. Bu günün ən qabaqcıl skafandrları təxminən 6,5-8 saat oksigen təmin edə və əlavə 30 dəqiqə təcili oksigenə sahib ola bilər. Kosmosun füsunkar dünyasında uzun müddət sağ qalmaq yuxu kimi görünsə də, indiki kosmik kostyumlar bu müddəti ancaq müəyyən bir səviyyəyə çatdıra bilər.
Mənbə: onedio.com
Tərcümə etdi: Aydan İbrahimli
