Uqandanın uzun müddətdir hakimiyyətdə olan lideri Yoveri Museveninin oğlu şənbə günü 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə prezidentliyə namizəd olmaq planlarından əl çəkdiyini bildirib və tərəfdarlarını onun yerinə atasını dəstəkləməyə çağırıb.

Ölkəyə 38 il rəhbərlik edən prezident Museveni hələ də namizədliyini təsdiq etməsə də, onun yenidən namizədliyini irəli sürəcəyi gözlənilir.
Muhoozi Kainerugaba, əvvəllər Twitter olan X sosial media platformasındakı bir yazıda "2026-cı ildə seçki bülletenində olmayacağımı bildirmək istərdim" deyib.
Mənbə: Reuters
Tərcümə etdi: Nəzri Süleymanova
