Pakistan Hindistandan Dünya Bankının zəmanəti ilə 1960-cı ildə imzalanmış 64 illik Hind Suları Müqaviləsinə (IWT) əməl etməsini istəyib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Bəluç paytaxt İslamabadda keçirilən həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Hind Suları Müqaviləsinin illərdir iki ölkənin mənafeyinə xidmət edən əhəmiyyətli bir razılaşma olduğunu ifadə edən Baluç deyib:
"Biz inanırıq ki, bu, suyun bölüşdürülməsinə dair ikitərəfli sazişlərin qızıl standartıdır. Pakistan sazişin həyata keçirilməsinə tam sadiqdir. Biz Hindistanın da sazişə əməl etməsini gözləyirik".
Hindistan razılaşmaya yenidən baxılmasını istəyirdi
Hindistan avqustun 30-da İslamabad administrasiyasını xəbərdar edib və sözügedən sazişə yenidən baxılmasını istəyib.
Pakistan Hindistanı qərb çaylarında bəndlər tikməklə razılaşmanı "ardıcıl olaraq pozmaqda" günahlandırır, Yeni Dehli isə razılaşmanın nəticəsi olaraq İslamabadın Yeni Dehlidən daha çox suya nəzarət etdiyinə inanır.
Hindistanın həm də bəndlərin tikintisi Tibetdən qaynaqlanan və Hindistanın suvarma ehtiyacının üçdə birini ödəyən Brahmaputra çayının istiqamətinin dəyişdirilməsi ilə bağlı Çinlə su mübahisəsi var.
Hind Suları Müqaviləsi
1960-cı ildə Dünya Bankının zəmanəti ilə Pakistan və Hindistan arasında imzalanan Hind Suları Müqaviləsinə əsasən, Hind çayını qidalandıran 6 çaydan Beas, Ravi və Sutlej üzərində nəzarət Hindistana verilib; Hind, Jelum və Çenaba nəzarəti isə Pakistana verilib.
Hindistana verilən çaylar Hind çayını daha çox qidalandırdığı üçün Pakistana bu çaylar üzərində hüquqlar verilib. Sazişə Hindistanın enerji istehsalı, kənd təsərrüfatı və balıqçılıq hüquqlarına malik olacağına dair maddə də əlavə edilib.
Hindistanın tikdiyi bəndlərə görə Pakistanda su çatışmazlığı və ya daşqın riski var.
Pakistanın iqtisadiyyatının 20 faizinin Hind çayı ətrafındakı fəaliyyətlərdən asılı olduğu bildirilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə