TRT World TEKNOFEST 2024 hadisəsini dünyaya çatdırmaq üçün bir addım da irəli gedərək süni intellekt (AI) serveri ilə hazırladığı xüsusi video ilə diqqət çəkib.
Videoda dünyanın ən böyük aviasiya və texnologiya festivalı olan TEKNOFEST-in hərtərəfli təqdimatı edilir, texnologiyanın ən qabaqcıl səviyyədə istifadəsi isə mənalı mesaj verir.
Süni intellekt serverindən istifadə TEKNOFEST kimi texnologiyaya əsaslanan hadisənin hesabatında texnologiya mərkəzli yanaşmanı təmsil edir.
Videonun təqdimatında TEKNOFEST-in 7-ci ilində Türkiyənin müxtəlif şəhərlərində keçiriləcək texnologiya yarışları, hava şouları və müxtəlif tədbirlər təqdim edilir.
Türkiyənin texnologiya inkişaf vizyonunu dəstəkləyən festivalın gənc yenilikçilərə arzularını reallaşdırmaq fürsəti verdiyi vurğulanır.
Keçən il rekord qıran və üç böyük şəhərdə 4,5 milyon ziyarətçiyə çatan festivalın təsirinin getdikcə artdığı da bildirilir.
TRT World-ün süni intellekt üzrə aparıcısı TEKNOFEST-in Türkiyənin texnologiya liderliyi vizyonunun gücləndirilməsindəki kritik rolunu tamaşaçılara çatdırır.
Türkiyənin süni intellekt, aerokosmik və müdafiə sənayesi kimi sahələrdə irəliləyişləri və qlobal səhnədə yerli həllər istehsal etmək səyləri diqqəti çəkir.
TEKNOFEST-in hər il artan təsiri texnologiya və innovasiyaya önəm verən Türkiyənin yüksəlişinin simvolu olaraq görülür.
TRT World-ün bu yenilikçi jurnalistika yanaşması tamaşaçılara Türkiyənin texnoloji baxışını ən qabaqcıl səviyyədə izah etmək imkanı verir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
