Bu gün:

Livanlılar partlayışlara qəzəblidir


Livan peycerlərin partlaması nəticəsində həyatını itirənləri dəfn etməyə hazırlaşarkən, ölkə ikinci partlayış dalğası ilə sarsıldı. Livanın Səhiyyə Nazirliyi radioların partlaması nəticəsində ikinci gündə ən azı 20 nəfərin öldüyünü, 450 nəfərin yaralandığını açıqlayıb.

Hücumda ölənlərin dəfn mərasimlərindən birinə qatılan insanlar BBC-yə danışarkən qəzəb və üsyanla doldular. Digər tərəfdən, həkimlər müalicə etdikləri dəhşətli zədələrdən danışırdılar ki: "bu, bizi daha da gücləndirəcək". Kütləvi hücumdan və peycerlərin partladıldığı ikinci dalğadan sonra hər kəs telefonlardan və ya digər cihazlardan şübhələnir. Kişilər, qadınlar və hətta tələbələr küçələrdə idi. Onlar əllərində qətlə yetirilən uşağın şəklini əks etdirən plakatlar tutublar. Bəziləri Hizbullahın sarı bayraqlarını, digərləri isə Hizbullah lideri Həsən Nəsrullahın təsviri olan iri qara bayraqları gəzdiriblər.

Mənbə: bbc news türkçe

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et