Bu gün:

Namibiyada dondurucuda qalan 4 uşaq ölüb


Namibiya polisi Zambezi bölgəsinin şimal-şərqində boş köhnə dondurucuda oynayan dörd uşağın ölümünü araşdırır.

Üç ilə altı yaş arasında olan uşaqlar bazar ertəsi günortadan sonra Katima Mulilo şəhərinin sıx məskunlaşdığı ərazidə istifadə olunmamış dərin dondurucuda tapılıb. Polis uşaqların oyun oynayarkən təsadüfən sıxışıb içəridə boğularaq öldüyünü güman edir, lakin araşdırma aparılır.

İctimai yayımçı xəbər verir ki, dörd uşaqdan ikisi soyuducuda boğularaq ölüb, ikisi isə müalicə alarkən xəstəxanada ölüb.

Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et