Bu gün:

“Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsi yekunlaşıb


Elitar Gənc Biznesmenlər Mərkəzi İctimai Birliyi tərəfindən həyata keçirilən layihə Göyçay, Qəbələ və İsmayıllı rayonlarını əhatə edib.


 Belə ki, hər rayonda 2 gün olmaqla, təşkil olunan təlimlər müddətində iştirakçılar üçün müxtəlif nəzəri və praktiki sessiyalar vasitəsilə onların yumşaq və texniki bacarıqlarının inkişafı istiqamətində fəaliyyətlər təşkil olunub. Gənclərin karyera planlamasına yardım məqsədilə müxtəlif testlər və dəyərləndirmələr təşkil olunub, nəticələrə əsasən müvafiq məsləhətlər verilib.

Layihənin əsas məqsədi texnologiyanın inkişafı sayəsində lokal və qlobal əmək bazarına daxil olan yeni peşələrin region gəncləri arasında tanıdılması, onların həmin peşələrə uyğunluğunun ölçülməsi, eyni zamanda yumşaq bacarıqlarının inkişafı istiqamətində təlimləndirilməsi, eləcə də iş axtarma, əmək bazarında layiqli mövqe tutmalarına yönəlmiş karyera məsləhəti xidmətinin göstərilməsidir. Layihə çərçivəsində müxtəlif mövzulara toxunularaq təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunub.

Qeyd edək ki, layihə Elitar Gənc Biznesmenlər Mərkəzi İctimai Birliyinin təşəbbüsü,  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi təşkilati dəstəyi ilə həyata keçirilib.

Hazırladı: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et