Bu gün:

Üzən mikrorobotlar xərçəngə qarşı ümid ola bilər


San Dieqo Kaliforniya Universitetinin mühəndisləri xərçənglə mübarizədə inqilabi addım atdılar. Tədqiqatçılar ağciyərlərdə üzə bilən və xərçənglə mübarizə apara bilən mikrorobotlar hazırlayıblar.


Bu mikrorobotlar siçanların ağciyərlərinə yayılmış şişlərin böyüməsinin və yayılmasının qarşısını uğurla alıb.

Komanda mikrorobotların təhlükəsiz olduğunu və insan orqanizminə uyğun materiallardan hazırlandığını vurğulayır.

Tədqiqatçılar əvvəllər də sətəlcəm xəstəliyini müalicə etmək üçün oxşar mikrorobotlardan istifadə ediblər və bu tədqiqat əvvəlki uğurlara əsaslanır.

Tədqiqat qrupu gələcək tədqiqatlarda bu texnologiyanı daha böyük heyvanlar üzərində sınaqdan keçirməyi planlaşdırır və nəticədə insan təcrübələrinə keçməyi hədəfləyir.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et