Taylor Swift çərşənbə axşamı keçirilən debatın sonunda Kamala Harrisin prezidentliyə namizədliyini dəstəklədiyini bildirib.

"Mən 2024-cü il prezident seçkilərində Kamala Harris və Tim Valza səs verəcəyəm"- dedi. “Mən @kamalaharris-ə səs verirəm, çünki o, hüquqlar uğrunda mübarizə aparır və inanıram ki, onları müdafiə etmək üçün döyüşçü lazımdır. Düşünürəm ki, o, istedadlı bir liderdir və inanıram ki, xaos deyil, sakitliklə idarə etsək, bu ölkədə daha çox şeyə nail ola bilərik. Bir çoxlarınız kimi mən də bu axşam debatı izlədim. Əgər hələ də etməmisinizsə, indi mövcud problemlər və bu namizədlərin sizin üçün ən çox əhəmiyyət kəsb edən mövzularda tutduqları mövqelər haqqında araşdırma aparmaq üçün əla vaxtdır. Bir seçici kimi, onların bu ölkə ilə bağlı təklif etdiyi siyasət və planlar haqqında bacardığım hər şeyi izləməyə və oxumağa əminəm”, - Svift İnstaqramda yazıb.
Mənbə: CNN
Tərcümə etdi: Rəhimə Cəmilova
