ABŞ prezidentliyinə namizədlər Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və demokrat Kamala Harrisin reytinqləri demək olar ki, bərabərdir. “Reuters” bu barədə The New York Times və Siena College İnstitutunun araşdırmasına istinadən xəbər verir.

Sentyabrın 8-də açıqlanan milli sorğuya əsasən, Trampa dəstək səviyyəsi 48 faiz təşkil edib. Harrisi sorğuda iştirak edənlərin 47 faizi dəstəkləyib.
Sorğu həmçinin müəyyən edib ki, amerikalı seçicilər Harris haqqında daha çox bilmək istəyirlər, lakin onların Trampa baxışları əsasən sabit olaraq qalır. Respondentlərin 28 faizi Demokratik nümayəndələr haqqında daha çox məlumata ehtiyac duyduqları ilə razılaşıb. Rəqibi ilə bağlı eyni suala respondentlərin cəmi 9 faizi “hə” deyib.
Proqnozların 3 faiz səhv nisbətinə malik olduğunu bildirən araşdırma, hər iki namizədin noyabrın 5-də keçiriləcək prezident seçkilərində qalib gələ biləcəyi qənaətinə gəlib.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
