Dövlət mediası xəbər verir ki, hipersəs texnologiyası üzərində işləyən rusiyalı alim vətənə xəyanətdə ittiham olunaraq 15 il müddətinə həbs edilib.
Alexander Shiplyuk, son illərdə həbs edilmiş yeni nəsil raketlərə tətbiq oluna biləcək tədqiqatlarla əlaqəli bir sıra mütəxəssislərin sonuncusudur.
Rusiyanın Tass xəbər agentliyi onun hipersəs texnologiyası ilə bağlı dövlət sirlərini xarici gücə ötürməkdə günahlandırıldığını, alimin bunu təkzib etdiyini bildirdi.
Cənab Şiplyuk bağlı qapılar arxasında keçirilən məhkəmə prosesindən sonra yüksək rejimli cəzaçəkmə müəssisəsində saxlanılıb.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova